Bilməli olduğumuz 20 qayda

Amerikalı yazıçısı və biznes-treyner Julyen Smit gənclərə praktiki məsləhət verərək, onlara bu dünyada necə düzgün istiqamət tutmağda kömək etməyə çalışır. Zaman keçdikcə və yaş səni haqladıqca, uğurlu və zəngin olmaq üçün, 20 il ərzində müəyyən qaydalara riayət etmək və müasir həyatın bəzi gerçəkləri haqqında səlis, aydın təsəvvürə malik olmaq lazımdır.

1. Dünya səni kütbeyin etməyə çalışır. Bank ödənişlərindən və faizlərdən tutmuş, möcüzəvi pəhrizlərə qədər hər bir nüansa fikir verin. Savadsız insanlardan pul qoparmaq daha asandır, həmçinin onları idarə etmək də elə bir çətinlik törətmir. Mümkün qədər özünü-təhsilə diqqət ayırın, bacardığınız qədər savadlanmağa və öyrənməyə çalışın. Varlı, müstəqil və xoşbəxt olmaq üçün bu mütləqdir.

2. Kor-koranə tədris müəssisələrinə etibar etməyin. Onlar təhsil planını hazırlayana qədər sistem köhnəlir və ya ümumiyyətlə sıradan çıxar. Öyrənməyin və insanların hörmətini qazanmağın ən yaxşı üsulu nəyisə izləmək və riayət etmək yox, liderlik və yaradıcılıqdır.
Davamı →

Uğurlu nəticə istəyirsən? Gözləntilərini azaltmalısan..

İstənilən  sahədə  fəaliyyətin  gedişatından  asılı  olmayaraq  hər  kəsdə  məqsəd eynidir-işin sonu uğurla  bitsin, nəticə ürəkaçan olsun. İlk  öncə uğur əldə etdiyimizi  dərk etmək üçün  uğurlarımızı  qiymətləndirməyi  bacarmalıyıq. Uğuru qiymətləndirmək üçün isə  ilk öncə uğursuzluğu tanımaq lazımdır. Necəki, Türk ədəbiyyatının ən böyük adlarından sayılan Yunus Əmrədən   bir stat var  “Heç vaxt məğlub olmayan insan  heç vaxt heç nəyə cəhd  etməyən  insandır”.  
Nəticəni daha obyektiv qiymətləndirmək, uğursuz nəticə ilə qarşılaşmaqdan qorxmamaq, uğurlu nəticəni  daha yüksək qiymətləndirməyə zəmin yaradır.Gözlənti ilə nəticənin üst-üstə düşməsi uğurun qiymətləndirilməsini  şərtləndirir.  Mərhələli şəkildə desək, hər işin başlanğıcında  ilkin düşüncələr, fikirlər, ideyalar yaranır.  Həmin düşüncələr “ölçüb-biçilərək”, formalaşdırılaraq məqsəd şəklində qarşıya qoyulur.


Ardı →

Uğur Fəlsəfəsi

Uğur qavranılması ən çətin olan anlayışlardan biridir. Çünki uğurun mənası zamandan ,cəmiyyətdən və insanlardan asılı olaraq müxtəlif cür izah edilmişdir. Bəs uğur nəyi ifadə edir? Kimlər uğurlu hesab olunur? Bütün bu sualları cavablandırmaq isə olduqca çətindir.

Bu çətinliyə səbəb olan bir sıra amillər mövcuddur. İlk növbədə bunu qeyd etməliyik ki, keçmiş bir zamanda uğur kimi qəbul olunan bir fəaliyyət indiki vaxt üçün heç bir əhəmiyyət kəsb etməyə bilər. Çünki, öz dəyərini itirmiş ola bilər. İkincisi, uğur hər bir cəmiyyətdə müxtəlif formalarda qəbul oluna bilər. Çünki ictimai dəyərlər ayrı-ayrı cəmiyyətlərdə fərqlidir. Üçüncüsü, uğurun dəyəri müxtəlif şəxslər üçün fərqli mənaları ifadə edir. Bu, uğurun fərdiliyini göstərir.
Ardı →

Əlahəzrət uğur,sən haradasan?

İnsan həyata bir dəfə gəlir. Dünyanın əşrəfi, yaradılmışların ən kamili olan insan bu həyatı ləyaqətlə, şərəflə yaşamağa çalışmalıdır. Geri dönüb baxanda boş keçirdiyi günlər, heçə sərf etdiyi vaxt üçün peşmanlıq hissi keçirməsin deyə insan hər anın qədrini bilməlidir. ”Vaxt puldur — faydalı bir iş tutsan ölmüş vaxtın da dirilər.” (Safruh) Biz nə qədər optimist olsaq da, həyatın çox sərt qaydaları, qanunları var. Bəzən həyat bizi “Birisi uçuruma yuvarlanırsa, ona əlini uzatma, çıxa bilirsə, qoy özü çıxsın” (Nitşe) kimi amansız fəlsəfə ilə qarşı-qarşıya qoyur. İşlərimiz alınmayanda bunu ya taleyin, qismətin ayağına yazırıq, ya da “uğur məndən qaçır” deyirik. Bəs nə etmək lazımdır ki, uğur üzümüzə gülsün? Bəlkə uğursuzluğun səbəbini elə özümüzdə axtaraq?
Davamı →

Motivasiya və uğur qazanmaq üçün taktikalar

Hər bir iş, uğurlu alınması üçün bizdən yüksək enerji tələb edir. İşgüzar adam nə qədər motivasiyalı olarsa, bir o qədər də uğur qazana bilər. Məsələn, təsəvvür edin ki, çox tənbəl və daim mənfi enerji daşıyan bir müdiriniz var. Siz belə müdirin yaratdığı mühitdə nə qədər yüksək rüh yüksəkliyi ilə işləyə bilərsiniz? Bəllidir ki, bu, mümkün olan bir şey deyil. Ancaq daim böyük ruh yüksəkliyi ilə çalışan, qarşısındakı insanlara müsbət enerji verən insanlarla işləmək, uğur qazanmaq üçün çox yaxşı vasitədir.
Motivasiya, xoşbəxt və uğurlu olmaq üçün vacib əhəmiyyət daşıyır. Aşağıda təqdim edilən ipucları, özünüzü motivə etməyiniz və bunu qorumağınız üçün çox faydalı olacaq. Bunlar, praktik və nəticəyə yaxın tövsiyyələrdir. Tətbiq edilməyənə kimi, heç bir irəliləyiş gözlənilmir.
Davamı →